“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, “zadəganlar” Madrid “Atletiko”sundan Saul Niqesi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti yayıb.
İspaniyalı yarımmüdafiəçi 2022-ci ilin yayına qədər “Çelsi”də çıxış edəcək. London klubu mövsümün sonunda Saulun transfer hüquqlarını ala bilər.

