İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirilib.
Sportinfo.az xəbər verir ki, sorğu azarkeşlər arasında keçirilib.
Qalib isə “Lids”in yarımmüdafiəçisi Kelvin Pillips olub. Bu barədə məlumatı yığma komandanın mətbuat xidməti “tvitter”də yayıb.
25 yaşlı futbolçu ötən mövsüm “Lids”in heyətində 29 oyun keçirib və 1 ol vurub. O, İngiltərə yığmasının heyətində Avropa çempionatında gümüş medal qazanıb.
Kelvin yığma komandada ilk oyununa 2020-ci ilin sentyabrında çıxıb.

