“Tottenhem”in futbolçusu Harri Keyn “Mançester Siti”yə transferinin alınmamağı ilə bağlı danışıb.
Spotinfo.az xəbər verir ki, hücumçu keçidin alınmamağının onu reputasiyasına təsir etmədiyini bildirib:
“Mənim reputasiyama zərər dəydi? Xeyr, mən belə düşünmürəm. Futbol sənayesində olan insanlar bu incəlikləri başa düşürlər. Bu situasiyada mən çox sakit idim.
Əgər sən prosesin içində, hər şeydən xəbərdarsansa, onda vicdanın da rahat olur. Söz-söhbət isə həmişə olacaq. Mənim karyeramda eniş və yüksəliş həmişə olub. Bu da prosesin bir hissəsidir.
Ətrafım yaxşı bilir ki, həyatımı futbola həsr edən peşəkaram. Bundan sonra da belə olacaq. Mənim hədəfim həmişə o olub ki, “Tottenhem”lə titullar qazanım”.

