Yay transferlərinə ən çox pul xərcləyən klublar bəlli olub.
Sportinfo.az xəbər verir ki, nə qədər qəribə olsa da, transferlərə ən çox pul xərcləyən “Arsenal”dır.
O “Arsenal” ki, İngiltərə Premyer Liqasında 3 turdan sonra nəinki xal toplayıb, heç qol da vurmayıb.
“Arsenal” yayda transferlərə 165,6 milyon avro xərcləyib. Satışdan isə cəmisi 30,9 milyon avro əldə edib.
“Mançester Yunayted” transferlərə 140 milyon avro sərf edib. Siyahının 3-cü pilləsində isə “Çelsi” qərarlaşıb. “Zadəganlar”ın transfer xərcləri 120 milyon avro olub.

