“Mançester Yunayted”in mətbuat xidməti Kriştiano Ronaldonun transferi ilə bağlı paylaşım edib.
Spotinfo.az xəbər verir ki, klubun “instaqram” səhifəsində Ronaldonun MY-nin sabiq baş məşqçisi Aleks Ferqyusonla olan şəkli yerləşdirilib.
Şəklə belə şərh yazılıb: “Oğlum, bütün dünyaya de ki, bura sənin evindir”.
Onu da qeyd edək ki, Ronaldo “Mançester Yunayted”ə qayıdışını Ferqusona həsr etmişdi.

