Braziliyalı müdafiəçi Villian “Arsenal”dan ayrılıb.
Sportinfo.az xəbər verir ki, Villian karyerasını vətənində davam etdirəcək.
O, “Korintians”la anlaşıb. Müdafiəçi “Arsenal”dan ayrıldıqdan sonra bəyanat yayıb:
“Klubdakı səmimi münasibətə, mənə verdikləri şansa görə “Arsenal”a minnətdaram. Təəssüf ki, meydanda hər şey planlaşdırdığımız kimi olmadı.
Buna görə də mən xeyli tənqid etdim. Xüsusən də o mətbuat nümayəndələrindən tənqid eşidirdim ki, onlar mənim bura pula görə gəldiyimi iddia edirdilər.
Ümid edirəm ki, bugünkü hərəkətimlə bu insanlara hər şeyi başa saldım. Düşünürəm ki, bəzi adamlar bundan sonra fikirlərində korrekt olacaqlar, neqativ mühit yaratmağa cəhd göstərməyəcklər”.

