Premyer Liqa klubu portuqaliyalı müdafiəçi ilə 6 illik müqavilə bağladı

31 Avqust 2021 00:28 İngiltərə 526
Premyer Liqa klubu portuqaliyalı müdafiəçi ilə 6 illik müqavilə bağladı

İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, "şəhərlilər" portuqaliyalı futbolçu Ruben Diasla olan sözləşmənin müddətini uzadıb.

Yeni müqaviləyə əsasən 24 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin yayına kimi son İngiltərə çempionunun şərəfini qoruyacaq.

Ruben Dias "Mançester Siti"yə 2020-ci ilin sentyabr ayında "Benfika"dan 68 milyon avroya transfer olunub.

Portuqaliya millisinin üzvü son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 50 oyunda 1 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti