Salah "Liverpul"un "Çelsi"yə uduzmasna imkan vermədi - VİDEO

29 Avqust 2021 01:24 İngiltərə 873
Salah "Liverpul"un "Çelsi"yə uduzmasna imkan vermədi - VİDEO

İngiltərə Premyer Liqasının üçüncü turu çərçivəsində “Liverpul” “Çelsi”ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Kay Havers “Çelsi” azarkeşlərini sevindirib.

“Liverpul” qarşılaşmanın son dəqiqələrində məğlubiyyətdən xilas ola bilib. Belə ki, Məhəmməd Salah (45+4) komandasının bərabəlik qolunu vurub.

“Liverpul” və “Çelsi” üç turdan sonra 7 xal toplayıblar. Qeyd edək ki, bu, “Everton” və “Vest Hem”in xallarının sayına bərabərdir. Bu komandalar hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edirlər.

"Liverpul" - "Çelsi" 1:1

Qollar: Salah, 45+5 (pen.) - Haverts, 22

Qırmızı vərəqə: Ceyms, 45+3 ("Çelsi")

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti