"Mançester Siti" "Arsenal"ı RÜSVAY ETDİ - VİDEO

29 Avqust 2021 00:00 İngiltərə 745
"Mançester Siti" "Arsenal"ı RÜSVAY ETDİ - VİDEO

İngiltərə Premyer Liqasında III tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış oyununda "Mançester Siti" "Arsenal"la qarşılaşıb.

"Etihad" stadionunda keçirilən görüşdə meydan sahibləri "topçular"ı darmadağın edib - 5:0.

"Şəhərlilər"in heyətində qolları 7-ci dəqiqədə İlkay Gündoğan, 12 və 84-cü dəqiqələrdə Ferran Torres, 43-cü dəqiqədə Qabriel Jesus və 53-cü dəqiqədə Rodri vurub.

Qonaqlar 35-ci dəqiqədən sonra azlıqda oynayıb. London təmsilçisində Qranit Caka qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran "Mançester Siti" liderliyə yüksəlib. Xalı olmayan "Arsenal" isə sonuncudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti