Ronaldoya Kavani əngəli - 7 nömrəli formanı geyinə bilməyəcək

28 Avqust 2021 21:40 İngiltərə 959
Ronaldoya Kavani əngəli - 7 nömrəli formanı geyinə bilməyəcək

“Mançester Yunayted”in yeni transferi Kriştiano Ronaldo “qırmızı şeytanlar”da 7 nömrəli formanı geyinə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, buna səbəb hazırda bu formanın Edinson Kavanidə olmasıdır.

Premyer Liqanın qaydalarına görə, futbolçular mövsümün gedişində forma nömrələrini dəyişə bilməzlər. Ronaldo, uruqvaylı hücumçu komandadan ayrılacağı halda, 7 nömrəli formanı geyinə bilər.

“Mançester Yunayted” Ronaldo ilə 2 illik müqavilə imzalayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM