“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, “Liverpul” “Atletiko”, “Portu” və “Milan”la bir qrupda yer alıb.
Klopp olduqca ciddi qrupa düşdüklərini bildirib: “Püşkatmadan sonra güldüm. Özü də bərkdən güldüm. Ona görə ki, olduqca ciddi qrupa düşdüyümüzün fərqindəyəm.
Belə də olmalıdır. Çünki bura Çempionlar Liqasıdır və siz Avropanın ən yaxşı komandaları ilə oynamalısınız.
Amma buna baxmayaraq, yenə də iddialıyıq və Çempionlar Liqasında özümüzü bir daha sübut etməyə hazırlaşırıq”.

