“Arsenal” mövsümə uğursuz start verib.
Sportinfo.az xəbər verir ki, “topçular” ilk iki turda məğlubiyyətlə üzləşib.
Klub rəhbərliyini bu durum narahat edir. Məlumata görə, rəhbərlik baş məşqçi Mikel Artetaya oktyabra qədər vaxt verib. Onun, vəziyyəti düzəltmək üçün 5 oyunu var.
Bu müddətdə “Arsenal” Premyer Liqada “Mançester Siti”, “Norviç”, “Börnli”, “Tottenhem” və “Brayton”la qarşılaşacaq.
Arteta “Arsenal”ı 2019-cu ildən çalışdırır. Onun müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

