Onu havayı buraxırlar - Vətənə qayıtmır, özünə Avropada klub axtarır

24 Avqust 2021 22:00 İngiltərə 770
Onu havayı buraxırlar - Vətənə qayıtmır, özünə Avropada klub axtarır

“Arsenal”ın futbolçusu Villian komandanı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı braziliyalı yarımmüdafiəçiyə vətənindən təklif gəlib.

Onunla “Korintians” maraqlanır. Məlumata görə, Braziliya klubu artıq ona rəsmi müraciət göndərib.

Amma o da bildirilir ki, Villian hələ vətənə qayıtmağı planlaşdırmır, o, özünə Avropada klub axtarır.

“Arsenal” da ondan qurtulmaqda maraqlıdır. “Topçular” Villianı havayı buraxmağa da razıdır. Çünki onun yüksək məvacibi klub üçün böyük yükdür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti