“Liverpul”un baş məşqçisi Yurgüen Klopp Lionel Messinin PSJ-yə keçidinə münasibət bildirib.
Sportinfo.az xəbər verir ki, Klopp məsələ ilə bağlı ironiyalı açıqlama verib.
O, “Barsa” və PSJ-ni, demək olar ki, eyniləşdirib:
“Messinin “Barsa”dan PSJ-yə keçidi? Hər iki komanda mavi və qırmızı rəngli formalardan istifadə edir. Ona görə də onlar arasında elə də ciddi fərq yoxdur.
Əlbəttə, bunu təsəvvür etmək çətin idi. Amma nəzərə alaq ki, “Barselona” hazırda keçmişdə verdiyi yanlış iqtisadi qərarların bədəlini ödəyir”.

