"Arsenal" uduzdu - Ruandanın prezidenti qəzəbləndi

15 Avqust 2021 15:20 İngiltərə 830
"Arsenal" uduzdu - Ruandanın prezidenti qəzəbləndi

"Arsenal" Premyer Liqanın ilk turunda məğlub olub.

Sportinfo.az xəbər verir ki, "topçular" "Brenford" qarşısında aciz qalıb - 0:2.

Londonluların məğlubiyyəti Ruandanın prezidenti, "Arsenal" azarkeşi Pol Kaqameni özündən çıxardıb.

O, "tvitter"də belə yazıb: "Komanda yalnız bir hədəfə köklənməlidir - qələbə, qələbə, qələbə. Məğlubiyyətimiz gözlənilən olmamalıdır.

Əminəm ki, ən ağır yükün kimin çiyninə düşdüyünü hamımız bilirik. Ümid edirəm ki, bunu onlar da bilirlər və qəbul edirlər".

"Brendford" Premyer Liqanın debütandır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti