Amerikalı investor Premyer Liqa klubunun səhmlərini satın aldı

13 Avqust 2021 12:00 İngiltərə 1 289
Amerikalı investor Premyer Liqa klubunun səhmlərini satın aldı

“Kristal Pelas”a yeni investor cəlb olunub.

Sportinfo.az xəbər verir ki, amerikalı biznesmen Con Tekstor “Kristal Pelas”ın səhmlərinin bir hissəsini alıb.

O, klubun direktorlar şurasına üzvlüyə də qəbul edilib. Tekstor məslə ilə bağlı fikirlərini bildirib:

“Mən Avropa futbolunda investor olmaq üçün xeyli imkanları nəzərdən keçirdim. Hesab edirəm ki, “Kristal Pelas” uğurlu seçimdir.

Klub işində fəal olmağı planlaşdırıram. Stadionda azarkeşlərlə görüşü böyük səbirsizliklə gözləyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!