"Çelsi" "İnter"dən Romelu Lukakunun transferini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Klub 28 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. "Zadəganlar" bu keçidə görə qarşı tərəfə 115 milyon avro ödəyib. Belçikalı oyunçu yeni komandasında illik 12 milyon avro qazanacaq.
Lukaku 2011-14-cü illərdə də "Çelsi"də çıxış edib.

