"FİFA və UEFA imkan vermir ki..." – Qvardiolanın iradı var

10 Avqust 2021 15:20 İngiltərə 1 231
"FİFA və UEFA imkan vermir ki..." – Qvardiolanın iradı var

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Lester”lə İngiltərə Superkuboku uğrunda keçirilən oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Qvardiola çempionluğa oynayacaq komanda qurmaq istədiklərini bildirib.

O, FİFA və UEFA-ya da irad bildirib:

“Bu qarşılaşmada həqiqətən də yaxşı oynadıq. Mövsümün bu ərəfəsində belə oyun nümayiş etdirmək sevindiricidir. Xüsusən də ikinci hissədə yaxşı təsir bağışladıq.

Növbəti mövsümdə də çempionluğa oynayacaq komanda formalaşdırmaq üçün ilk addımı atdıq. Amma onu da deməliyəm ki, FİFA və UEFA məşqçilərə, futbolçulara istirahət etmək üçün vaxt vermir”.

“Mançester Siti” Superkubok qarşılaşmasında “Lester”ə məğlub olub – 0:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti