“Mançester Siti”nin yeni transferi Cek Qriliş açıqlama verib.
Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan ingilis yarımmüdafiəçi,“Mançester Siti”yə keçdiyi üçün çox sevincli olduğunu deyib:
“Sevincimdən göyün yeddinci qatındayam. Dünyanın ən yaxşı məşqçisi ilə işləməkdən imtina edə bilmədim. Bura gəlməzdən əvvəl onunla çox danışdım. Hər şey müsbətdir”.
“Mançester Siti” Qrilişi “Aston Villa”dan transfer edib.

