Premyer Liqa klubundan kapitanı ilə yeni müqavilə

1 Avqust 2021 01:52 İngiltərə 795
Premyer Liqa klubundan kapitanı ilə yeni müqavilə

“Everton” kapitan Şeymus Koulmen ilə müqavilənin müddətini artırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı futbolçu ilə yeni müqavilə 2023-cü ilin yayına kimidir. Əvvəlki sözləşmənin müddəti 2022-ci ilin yayında bitəcəkdi.

Koulmen 2009-cu ildən “Everton”un uğurları üçün çalışır. İrlandiyalı futbolçu bu komandanın heyətində bütövlükdə 350 matça çıxıb, 26 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti