Azərbaycan millisinin forvardı üçün daha yaxşı variant – İngilislər gözləyir

29 İyul 2021 19:00 İngiltərə 865
Azərbaycan millisinin forvardı üçün daha yaxşı variant – İngilislər gözləyir

"Vulherhempton" Azərbaycan millisinin futbolçusu Renat Dadaşovu icarəyə verməyə hazırdır.

Bilindiyi kimi, "Tondela" 22 yaşlı hücumçunu sərəncamında görmək istəyir.

Lakin İngiltərə klubu müqaviləsi 2023-cü ildə başa çatacaq gənc forvardı daha güclü komandalardan birinə göndərmək niyyətindədir.

"Vulherhempton" 2019-cu ildə müqavilə bağladığı yığmamızın üzvü üçün gələcək başqa təklifləri gözləyir.

"Tondela" Portuqaliyanın əsas çempionatında mübarizə aparır. O, 2019-cu ildə icarə əsasında "Pasuş de Ferreyra"da çıxış edib.

Renatın növbəti dəfə sözügedən ölkəyə yollanmaq variantı AFFA ilə əlaqəli çalışçan menecerlər qrupunun sayəsində yaranıb. Dadaşov ağır zədədən döndüyündən, ona oyun praktikası qazandıracaq klub arayışındadırlar.

Şünki millinin baş məşqçisi Canni De Byazi adıçəkilən hücumçunu DÇ-2022-nin sentyabrda keçiriləcək seçmə mərhələ oyunları zamanı öz sərəncamında görmək istəyir,

Elnur Cəfərovun 6 il öncə elə AFFA-ya bağlı skautların vasitəsilə “Tondela” ilə müqavilə bağlamasını xatırladaq. “Xəzər Lənkəran”ın yetirməsi ovaxtkı baş məşqçi ilə mübahisə etməsi səbəbindən geri qayıtmalı olmuşdu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı