Rekord məvacib verirlər ki, “Siti”yə getməsin

26 İyul 2021 21:40 İngiltərə 841
Rekord məvacib verirlər ki, “Siti”yə getməsin

Cek Qriliş karyerasını “Aston villa”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, Qrilişin komandanı tərk edəcəyi deyilirdi.

Onun “Mançester Siti”yə keçmək ehtimalı vardı. Amma “Villa” rəhbərliyi yarımmüdafiəçini komandada saxlamaq niyyətindədir.

Bunun üçün ona rekord məbləğdə məvacib də verməyə hazırdırlar.

Cek klubda qalsa həftəlik məvacibi 200 min funt (təxminən 230 min avro) olacaq ki, bu da klub tarixi üçün rekorddur.

Onu da qeyd edək ki, “Mançester Siti” Qrilişə görə 116 milyon avro ödəməyə hazırdır.

Cek “Aston Villa”nın yetirməsi sayılır və 2012-ci ildən klubun şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti