Premyer Liqanın son çempionu “transfer bombası”nı partladır!

19 İyul 2021 12:20 İngiltərə 750
Premyer Liqanın son çempionu “transfer bombası”nı partladır!

“Tottenhem”in hücumçusu Harri Keyn “Mançester Siti”yə keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.

İngiltərə mətbuatının xəbərinə görə, Keyn artıq MS ilə razılığa gəlib. İngiltərə millisinin kapitanının yeni mövsümdən “şəhərlilər”in formasını geyinəcəyi bildirilir.

“Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayına qədər olan Keyn klubu tərk etmək niyyətindədir. London klubunun ingilis hücumçu üçün 160 milyon avro tələb etdiyi söylənilir.

Digər Xəbərlər
Xəbər Lenti