Premyer Liqa klubu türk futbolçunu 10 milyona da almadı

15 İyul 2021 15:20 İngiltərə 1 347
Premyer Liqa klubu türk futbolçunu 10 milyona da almadı

“Liverpul” Ozan Kabakla bağlı “Şalke”nin təklifindən imtina edib.

Sportinfo.az xəbər verir ki, “Şalke” futbolçunu 10 milyon avroya satmağa razı olub.

Amma “Liverpul” Kabakı transfer etmək istəməyib. Türk futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Liverpul”da keçirib.

Tərəflər arasında əldə olunmuş razılıqda göstərilirdi ki, ingilislər 25 milyon avro ödəməklə futbolçunun transfer hüququna sahib ola bilərlər.

“Şalke” Bundesliqanı tərk etdikdən sonra şərtlər dəyişib. Bundan sonra klub rəhbərliyi futbolçu üçün 10 milyon avro tələb edib. Amma “Liverpul” Ozanı bu qiymətə də almaq istəməyib.

Digər Xəbərlər
Xəbər Lenti