Premyer Liqada noyabrın ən yaxşıları – Baş məşqçi və oyunçu

14 Dekabr 2024 10:20 İngiltərə 851
Premyer Liqada noyabrın ən yaxşıları – Baş məşqçi və oyunçu

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisinin adı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ötən ayın ən yaxşısı adına “Liverpul”un baş məşqçisi Arne Slot layiq görülüb.

Onun komandası noyabrda “Brayton” (3:2), “Aston Villa” (2:0) və “Sauthempton”a (3:2) qalib gəlib.

“Liverpul”un hücumçusu Məhəmməd Salah da noyabr ayının ən yaxşısı oyunçusu seçilib.

“Liverpul” Premyer Liqada hazırda 1-ci pillədədir. Komandanın 35 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER