Avrokuboklarda təmsil edəcək klublar müəyyənləşdi - İngiltərəni

24 May 2021 01:52 İngiltərə 1 127
Avrokuboklarda təmsil edəcək klublar müəyyənləşdi - İngiltərəni

İngiltərə Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son turun oyunlarından sonra ölkəni avrokuboklarda təmsil edəcək bütün komandalar bəlli olub.

Çempion "Mançester Siti" (86 xal), 2-ci "Mançester Yunayted" (74),3-cü "Liverpul" (69) , 4-cü olan "Çelsi" (67) Çempionlar Liqasına vəsiqəni təmin edib. 5-ci pillədəki "Lester" (66) və 6-cı sıradakı "Vest Hem" (65) Avropa Liqasında mübarizə aparacaq.

7-ci olan "Tottenhem" (62) İngiltərəni Konfrans Liqasında təmsil edəcək.

Turniri 8-ci pillədə başa vuran "Arsenal" (61 xal) isə 26 ildən sonra ilk dəfə avrokuboklara vəsiqə əldə edə bilməyib.

Son üç pilləni tutan “Fulhem”, “Vest Bromviç” və “Şeffild Yunayted” Premyer Liqanı tərk ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti