Paytaxt klubu "Çelsi"dən 6 milyona transfer etdi

24 May 2021 00:00 İngiltərə 1 113
Paytaxt klubu  "Çelsi"dən 6 milyona transfer etdi

Moskva "Spartak"ı "Çelsi"dən icarəyə götürdüyü Viktor Mozesin transfer hüququna yiyələnib.

Sportinfo.az xəbər verir ki, Moskva təmsilçisi nigeriyalı yarımmüdafiəçini məcburi satın alma şərti ilə heyətinə qatıb.

Futbolçunun müqaviləsində "Spartak mövsümü 3-cü pillədə bitirərsə, satın alma şərti qvvəyə minəcək" maddəsi olub.

Moskva təmsilçisi mövsümü ilk 3-lükdə bitirdiyi üçün Mozesi 6 milyon avroya heyətinə qatıb.

30 yaşlı cinah futbolçusu bu mövsüm Rusiya çempionatında keçirdiyi 19 matçda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti