"Mənim müqaviləm var və bilmirəm ki, sonra nə edəcəyik"

23 May 2021 15:20 İngiltərə 655
"Mənim müqaviləm var və bilmirəm ki, sonra nə edəcəyik"

"Barselona"nın baş məşqçisi Ronald Kuman klubda gələcək fəaliyyəti barədə suala cavab verib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

"Düşünürəm ki, bu, "Barselona"da son oyunum deyil. Mənim müqaviləm var və bilmirəm ki, sonra nə edəcəyik. Siz bu mövzuda çox danışırsınız, amma mən arxayınam. Əgər klubun dəyişdirməli olduğu nəsə varsa, o, mənimlə danışmalıdır", - Kuman deyib.

İspaniya çempionatının qalibi "Atletiko" olub. Klub 38 görüşdə 86 xal yığıb. "Real Madrid" turnir cədvəlində ikinci yerə qərarlaşıb. Komandanın 84 xalı var. Siyahıda üçüncü yerdə "Barselona" mövqe tutub. Komanda 79 xal toplayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti