Premyer Liqanın çempionu hücumçusuna yeni müqavilə təklif edəcək

23 May 2021 10:20 İngiltərə 624
Premyer Liqanın çempionu hücumçusuna yeni müqavilə təklif edəcək

“Mançester Siti” Rahim Sterlinqə yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Şəhərlilər” ingilis hücumçu ilə yeni – uzunmüddətli sözləşmə imzalamaq niyyətindədir.

Sterlinq bu mövsüm “Mançester Siti”də 47 oyunda 14 qol vurub, 11 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti