"Mançester Siti"nin çalışdırıcısı Pep Qvaardiola İtaliyada məşqçi kimi işləmək istəyir.
Sportinfo.az xəbər verir ki, bu barədə 49 yaşlı msütəxəssis "Corriere dello Sport"a açıqlamasında deyib:
"72 yaşımda İtaliyaya köçəcəm. Orada klublardan birində məşqçi vəzifəsində çalışacam və Roberto Bacciodan köməkçim olmasını xahiş edəcəm. Yohann Kroyff onun haqqında çox danışırdı.
Baccio hər yerdə oynaya bilərdi, amma o illərdə onu İtaliyadan uzaaqlaşdırmaq mümkün deyildi. A seriyası hər kəsin oynamaq arzusunda olduğu ən yaxşı çempionatdır".

