“Tottenhem”in prezidenti Qattuzonu gətirmək isləyir

23 May 2021 00:14 İngiltərə 1 032
“Tottenhem”in prezidenti Qattuzonu gətirmək isləyir

“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo yeni mövsümdə İngiltərədə çalışa bilər.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Tottenhem”ə baş məşqçi təyin oluna bilər.

Bu barədə İtaliyanın “Rai Sport” idman kanalı məlumat yayıb. Xəbərdə “Tottenhem”in prezidenti Daniel Levinin Qattuzonu yaxından izlədiyi və mövsümün sonunda onun komandaya təyinatı variantını nəzərdən keçirəcəyi bildirilib.

Qattuzonun “Napoli” ilə müqaviləsi mövsümün sonuna qədərdir. Onun rəhbərlik etdiyi kollektiv A Seriyasında 4-cü sıradadır.

"Tottenhem”i hazırda müvəqqəti olaraq Rayan Meyson çalışdırır. London təmsilçisi Premyer Liqada 7-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti