“Liverpul”un türkiyəli müdafiəçisinə iki “elçi” gəldi

20 May 2021 12:00 İngiltərə 1 164
“Liverpul”un türkiyəli müdafiəçisinə iki “elçi” gəldi

İcarə əsasında “Liverpul”da çıxış edən, müqavilə ilə Almaniyanın “Şalke” klubuna məxsus olan Ozan Kabak iki klubun diqqət mərkəzinə düşüb.

Sportinffo.az xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə İngiltərədən “Lester”, Almaniyadan isə “Leyptsiq” yaxından maraqlanır.

Bu barədə “Sky Sports” məlumat yayıb. Hər iki klubun yay transfer pəncərəsi dövründə Ozan üçün “Şalke” ilə danışıqlara başlayacağı bildirilib.

İcarə əsasında “Liverpul”da çıxış edən türk müdafiəçi bu mövsüm Premyer Liqada 9 oyuna çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti