“O, kor deyil, görəcək”

19 May 2021 23:50 İngiltərə 981
“O, kor deyil, görəcək”

“Sanço Çempionlar Liqasında oynamalı olan futbolçudur.

Avropada çox komanda onun üçün tələb olunan pulu ödəyə bilməz. Hər şey futbolçunun istədiyindən asılıdır”.

Sportinfo.az xəbər verir ki, bunu “Liverpul”un keçmiş futbolçusu Markus Babel Dortmund “Borussiya”sının “qırmızılar”a mümkün keçidi barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis “Liverpul”un mütləq Çempionlar Liqasında oynamalı olduğunu söyləyib: “Bu mövsüm nəticə verməsə, gələn dəfə cəhd edəcəklər.

Bu komanda çox güclüdür, fantastikdir. Zədələri də sağalıb heyətə qayıdacaq. Bütün oyunçular sıraya döndüyü zaman çox güclü olacaqlar. Sanço da kor deyil, bunu görəcək”.

eydon Sanço “Liverpul”la yanaşı, Avropa nəhənglərinin bir çoxunun diqqət mərkəzindədir.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!