"Hazırda onun yoxluğu mənim üçün böyük problemdir"

17 May 2021 01:52 İngiltərə 422
"Hazırda onun yoxluğu mənim üçün böyük problemdir"

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer zədəli futbolçusu Harri Makuayerin durumu barəödə danışıb.

Sportinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis deyib:

"Harri "Mançester Yunayted"in lideridir. O, bizim kapitanımızdır. Daim yüksək səviyyədə oynayır. Hazırda onun yoxluğu mənim üçün böyük problemdir.

Amma inanıram ki, Avropa Liqasının finalına qədər sağalacaq. Harriyə lazım olan qədər vaxt verəcəyəm".

"Mançester Yunayted" Avropa Liqasının finalında "Vilyarreal"la qarşılaşacaq. Görüş mayın 26-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti