Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi

15 May 2021 00:28 İngiltərə 548
Premyer Liqada aprel ayının ən yaxşı baş məşqçisi

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Nyukasl"ın çalışdırıcısı Steve Brus ötən ən yaxşı məşqçisi seçilib.

60 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda ötən ay dörd oyun keçirərək "Bernli" (2: 1) və "Vest Hem"i (3: 2) məğlub edib, eyni zamanda "Tottenhem"lə (2: 2) "Liverpul" (1: 1) heç-heçə edib.

Bu nəticələr sayəsində komanda elitada qalmağı təmin edib.

Ayın ən yaxşı məşqçisi mükafatı Brus üçün 1999-cu ildən bəri davam edən karyerasında ilkdir.

60 yaşlı mütəxəssis bu mükafat uğrunda mübarizədə "Vest Bromviç"in baş məşqçisi Sam Allardeys, "Lids Yunayted"in çalışdırıcısı Marselo Byelsa və "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşeri geridə qoyub.

Digər Xəbərlər
Xəbər Lenti