Premyer Liqanı tərk edəcək ikinci komanda

10 May 2021 10:20 İngiltərə 4 032
Premyer Liqanı tərk edəcək ikinci komanda

İngiltərə Premyer Liqasını tərk edəcək ikinci komanda bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu, "Vest Bromviç"dir. Komanda 35-ci turda "Arsenal"a 1:3 hesabı ilə uduzub və 26 xalla 19-cu pillədə qərarlaşıb.

Yarışın bitməsinə üç tur qalmış "Vest Bromviç" elitada qalmağa imkan verən 17-ci pillədəki "Bernli"dən 10 xal geri qalır.

Bu isə o deməkdir ki, komanda son turlarda qələbə qazansa belə, yüksək liqanı tərk edəcək. Bundan əvvəl "Şeffild Yunayted"in Premyer Liqadan ayrılacağı dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti