“Mançester Yunayted” – “Liverpul” matçı təxirə salındı - QALMAQAL

3 May 2021 00:00 İngiltərə 861
“Mançester Yunayted” – “Liverpul” matçı təxirə salındı - QALMAQAL

İngiltərə Premyer Liqasında 34-cü turda keçirilməli olan “Mançester Yunayted” – “Liverpul” oyunu təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna Mançesterdə azarkeşlərin "Old Trafford" stadionuna daxil olaraq, klub rəhbərliyinə etiraz etməsi səbəb olub.

"Mançester Yunayted" klubun sahibi Qleyzerlər ailəsinə Avropa Super Liqasına daxil olduqları üçün etiraz edirlər.

Premyer Liqa rəhbərliyi qarşılaşmanı qeyri-müəyyən vaxta təxirə salıb.

Digər Xəbərlər
Xəbər Lenti