Premyer Liqa oruc tutan oyunçulara görə dayandırıla bilər

30 Aprel 2021 15:40 İngiltərə 817
Premyer Liqa oruc tutan oyunçulara görə dayandırıla bilər

İngiltərə Premyer Liqasında Ramazan ayında oruc tutan müsəlman futbolçulara görə axşam saatlarında keçirilən matçların müvəqqəti dayandırılması müzakirə olunur.

Sportinfo.az xəbər verir ki, bu addım oyunçuların iftarlarını aça bilməsi üçün nəzərdə tutulub.

Artıq çempionatda ilk belə hadisə baş verib. "Lester Siti" - "Kristal Pelas" görüşündə (2:1) referi oyunu saxlayaraq, meydan sahiblərindən Uesli Fofana və qonaqlardan Şeyxu Kuyatenin enerji içkisi qəbul etməsinə şərait yaradıb.

Daha əvvəl Premyer Liqada yalnız iki komandanın kapitanları oyundan öncə öz aralarında razılaşdıqları halda fasiləyə icazə verilirdi.

Çempionatın təşkilatçıları istəyirlər ki, Ramazan ayında müsəlman futbolçuların su və qida qəbul etməsi məsələsi hər qarşılaşmadan əvvəl ənənəvi müzakirə mövzusu olsun.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı