“Futbolda heç nəyə zəmanət yoxdur”

27 Aprel 2021 10:20 İngiltərə 787
“Futbolda heç nəyə zəmanət yoxdur”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Premyer Liqanın 33-cü turu çərçivəsində “Lids”ə qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, “Sky Sports”a danışan norveçli mütəxəssis, 0:0 hesabıyla bitən görüşü belə şərh edib:

“Futbolda heç nəyə zəmanət yoxdur. Yaxşı oynadığımızı düşünürəm, xüsusilə, ikinci hissədə daha üstün tərəf biz idik. Sadəcə son zərbələrdə uğurlu olmadıq.

“Lids” əvvəlki oyunların ikinci hissəsində daha yaxşı çıxış edirdi. Bu dəfə isə fərqli oldu. İlk hissədə yaxşı oyunları ilə seçildilər.

Qələbə qazana bilmədiyimiz üçün çox məyus olduq. “Lids” hörmətə layiq komandadır”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!