Salah “Liverpul”da bunu bacaran ilk futbolçu oldu

26 Aprel 2021 18:40 İngiltərə 1 100
Salah “Liverpul”da bunu bacaran ilk futbolçu oldu

“Liverpul” İngiltərə Premyer Liqasının 33-cü turunda “Nyukasl”la qollu bərabərə qalıb – 1:1.

Sportinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada Mersisayd təmsilçisinin yeganə qolunu vuran Məhəmməd Salah klubun tarixinə düşüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçu Premyer Liqa tarixində üç fərqli mövsümdə 20 və daha çox qol vurmağı bacaran ilk “Liverpul”lu olub.

Misirli futbolçu bundan əvvəl Premyer Liqada 2017/18 mövsümündə 32, 2018/19 mövsümündə 22 qol vurmuşdu. Salah bu mövsüm çempionatda 32 oyunda 20 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"