İngiltərə kubokunun qalibi "Mançester Siti! oldu - VİDEO

26 Aprel 2021 00:00 İngiltərə 812
İngiltərə kubokunun qalibi "Mançester Siti! oldu - VİDEO

İngiltərə kubokunda final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici matçda "Mançester Siti" və "Tottenhem" üz-üzə gəlib.

Londondakı "Uembli" stadionuna keçirilən görüşdə Mançester təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 82-ci dəqiqədə Emerik Laport vurub.

Bununla da, "Mançester Siti" ardıcıl 4-cü dəfə, ümumilikdə isə 8-ci dəfə İngiltərə kubokunun qalibi olub.

Sözügedən oyunda uzun müddətdən sonra ilk dəfə azarkeşlər iştirak edib. Kubokun finalında 8 min azarkeş qatılıb.

Digər Xəbərlər
Xəbər Lenti