Premyer Liqa klubuna 3,5 milyard avro təklif edildi, satmadılar

25 Aprel 2021 18:40 İngiltərə 1 418
Premyer Liqa klubuna 3,5 milyard avro təklif edildi, satmadılar

“Liverpul”un sahibi “Fenway Sports Group” şirkəti klubu satmaq istəməyib.

Sportinfo.az xəbər verir ki, adı açıqlanmayan bir şirkət Mersisayd təmsilçisinin səhmləri üçün 3,5 milyard avro təklif edib.

Bu barədə “Mirror” nəşri məlumat yayıb. “Liverpul”un sahibi Con Henri klubu satmaq istəməyib və təklifi rədd edib.

“Fenway Sports Group”un rəhbəri Henri 2010-cu ildə “Liverpul”un səhmlərini 348 milyon avroya alıb. Şirkət bir müddət əvvəl klubun səhmlərinin 10 faizini “RedBird Capital” şirkətinə satıb.

“Liverpul” hazırda Premyer Liqada 6-cı sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu