"Dedi ki, ya məşq edib işinizi görəcəksiz, ya da evdə oturacaqsız"

25 Aprel 2021 15:40 İngiltərə 835
"Dedi ki, ya məşq edib işinizi görəcəksiz, ya da evdə oturacaqsız"

“Mançester Siti”nin kapitanı Fernandinyo baş məşqçi Pep Qvardiolanın komandanı ruhlandırmasından danışıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu 2020-ci ilin sonlarında komandanın ruhdan düşdüyü vaxt Peplə arasıdakı söhbəti xatırlayıb:

“Oyunçular meydançalara geri qayıtmaq istəmirdilər. Maraqlanmırdılar da. Bu, bizim komandamız deyildi. Ard-arda iki dəfə çempion olan komanda belə deyildi.

Ondan sonra Pep gəlib, komandanın kapitanı kimi əvvəlcə mənimlə danışdı. Açıq sözlü idi. Hər kəsin 100 faizlik əhval-ruhiyyədə olmadığını dedi. Qvardiola söylədi ki, ya məşq edib işinizi görəcəksiniz, ya da evdə oturacaqsınız.

O haqlı idi. Bir kapitan kimi belə şeylərin məsuliyyətini daşıyırdım. Növbəti matç “Çelsi” ilə idi. O oyundan əvvəl özümə dedim ki, futbolçular bu matçda qaçmasalar, əllərindən gələni etməsələr, mənim işim bitər. Biz həmin görüşdə qalib gəldik”.

Digər Xəbərlər
Xəbər Lenti