Növbəti mövsüm Premyer Liqada iştirak hüququ qazanan 2-ci klub

25 Aprel 2021 15:20 İngiltərə 1 288
Növbəti mövsüm Premyer Liqada iştirak hüququ qazanan 2-ci klub

“Uotford” növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, "eşşək arıları" çempionşipin 44-cü turunda “Miluoll”u 1:0 hesabı ilə məğıub edib və ən yaxın izləyicisi “Brentford”dan 10 xal uzaqlaşıb.

Bununla da son 3 tur qalmış 2-ci olan "Uotford"un Premyer Liqaya çıxması rəsmiləşib.

Bundan əvvəl “Norviç” növbəti mövsüm Premyer Liqada iştirak hüququ qazanıb. "Uotford" 2019/20 mövsümündə Premyer Liqanı tərk etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti