
"Barselona"da prezident seçkilərinin tarixi açıqlanıb.
Sportinffo.az xəbər verir ki, seçkilər martın 7-nə təyin olunub. Seçicilər namizədlərə poçt vasitəsilə səs verəcəklər.
hazırda 3 nəfərin namizədliyi təsdiqlənib. Bunlar Joan Laporta, Viktor Font və Toni Freyşadır. Laporta 2003-2010-cu illərdə də "Barselona"nın prezidenti olub.
Son olaraq Jozep Maria Bartomeu "Barselona"ya rəhbərlik edib.
"Barselona"da prezident seçkiləri koronavirus pandemiyasına görə təxirə salınmışdı.