“Çempionatda zəif komanda yoxdur, hər biri bizə problem yarada bilər" - "Qarabağ"ın baş məşqçisi

04:50 Həndbol 62
“Çempionatda zəif komanda yoxdur, hər biri bizə problem yarada bilər" -

Kişi hədbolçulardan ibarət "Qarabağ" komandasının Azərbaycan çempionatında ilk dörd oyunda maksimum nəticə göstərməsi kollektivin düzgün hazırlaşması və oyunçuların əzmkarlığının nəticəsidir.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a "Qarabağ"ın baş məşqçisi Sabir Nəzərəliyev açıqlama verib.

Mütəxəssis mövsümə yaxşı start verdikləri üçün sevindiklərini bildirib:

"Dörd oyunda maksimum nəticə göstərmək komandanın düzgün hazırlaşması və həndbolçuların əzmkarlığının göstəricisidir. Lakin bu, hələlik başlanğıcdır. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Hər qarşılaşmaya eyni ciddiyyətlə yanaşmağa davam edəcəyik".

O, yarışın kifayət qədər rəqabətli olduğunu söyləyib:

"Çempionatda zəif komanda yoxdur. Hər rəqib bizə problem yarada bilər. Heç bir kollektivi kiçiltmirik. Hamısına hörmətlə yanaşırıq. Oyuna maksimum hazır şəkildə çıxmağa çalışırıq".

S.Nəzərəliyev çempionluq şansından da söz açıb:

"Çempionat uzun və çətin marafondur. Hazırda əsas məqsədimiz oyundan-oyuna irəliləmək və sabit nəticələr göstərməkdir. Bu tempi və intizamı mövsümün sonunadək qoruya bilsək, təbii ki, çempionluq uğrunda mübarizə aparmaq üçün yaxşı şansımız olacaq. Liqadakı hər kluba uğurlar arzulayırıq".

"Qarabağ" 4 turdan sonra 8 xalla vahid liderdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!