Federasiya onu cənub bölgəsinə koordinator təyin etdi

22 Dekabr 2025 08:30 Həndbol 1 255
Federasiya onu cənub bölgəsinə koordinator təyin etdi

Azərbaycan Həndbol Federasiyasında (AHF) yeni təyinat olub.

Sportinfo.az xəbər verir ki, “Azəryol” həndbol komandasının sabiq baş məşqçisi Vidadi Əliyev AHF-nin cənub bölgəsi üzrə koordinatoru təyin edilib.

Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012-2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.

V.Əliyev daha əvvəl kişilərdən ibarət “İdman Akademiyası” ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...