Yığmamızın keçmiş baş məşqçisi bu vəzifəyə təyin edildi

5 Dekabr 2025 03:00 Həndbol 1 265
Yığmamızın keçmiş baş məşqçisi bu vəzifəyə təyin edildi

Azərbaycan Həndbol Federasiyasında (AHF) yeni təyinat olub.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyadan bildirilib.

“Azəryol” həndbol komandasının sabiq baş məşqçisi Vidadi Əliyev AHF-nin cənub bölgəsi üzrə koordinatoru təyin edilib.

Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012–2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.

Əliyev daha əvvəl kişilərdən ibarət “İdman Akademiyası” ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...