İtaliyada legioner həyatı yaşamış monteneqrolu Azərbaycan klubunda

29 Noyabr 2025 03:10 Həndbol 1 211
İtaliyada legioner həyatı yaşamış monteneqrolu Azərbaycan klubunda

Qadın həndbolçulardan ibarət "Kür" komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Mingəçevir təmsilçisi monteneqrolu Esma Muratoviçlə müqavilə imzalayıb.

Ölkəsinin "Danilovqrad" klubunun yetirməsi olan 29 yaşlı həndbolçu karyerası ərzində müxtəlif illərdə Portuqaliya, Türkiyə, İsrail, Kosovo, İtaliya və Yunanıstan çempionatlarında çıxış edib. Onun sonuncu klubu "Qorçe Petrov" (Şimali Makedoniya) olub.

Muratoviç "Kür"ün heyətində 7 nömrəli formanı geyinəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 04:00 O, doqquzuncu dəfə...