Azərbaycan millisi beynəlxalq turnirdə Kosovoya da uduzdu

28 Noyabr 2025 04:30 Həndbol 758
Azərbaycan millisi beynəlxalq turnirdə Kosovoya da uduzdu

Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol millisi Kosovonun paytaxtə Priştinada keçirilən "IHF Trophy" beynəlxalq turnirində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığma ev sahibi komanda ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 34:24 hesablı qələbəsi ilə yekunlaşıb.

U-17 turnirdəki ilk matçında Böyük Britaniya seçməsinə 27:32 hesabı ilə uduzmuşdu. Azərbaycan komandası noyabrın 30-dək təşkil olunacaq yarışda növbəti görüşlərini Belçika və Bolqarıstan komandalarına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab